Kuki siyasəti
- الإصدار
- 1.0
- تاريخ السريان
- 10 أكتوبر 2026
يعمل MotoKuryer منذ 2021.
1. Kuki nədir
Kuki brauzerinizdə saxlanılan kiçik mətn faylıdır. Onun sayəsində sayt
sizi tanıyır: səbətiniz, seçdiyiniz ünvan və dil yenidən soruşulmur.
2. Hansı kukilərdən istifadə edirik
Zəruri kukilər — giriş sessiyası, səbət, CSRF qorunması, seçilmiş dil
və mövzu. Bunlar olmadan sayt işləmir və söndürülə bilməz.
Ölçmə kukiləri — səhifələrin açılma sürəti və sifariş axınındaki
problemlər haqqında ümumi statistika. Şəxsiyyəti müəyyən etmir.
3. Nə qədər saxlanılır
Sessiya kukiləri brauzeri bağlayanda silinir. Ünvan və dil seçimi 12
ay saxlanılır. Ödəniş məlumatları kukidə SAXLANILMIR.
4. Üçüncü tərəflər
Xəritə və marşrut xidməti (Google Maps) öz kukilərini qoya bilər.
Ödəniş səhifəsi bankın (Kapital Bank) domenində açılır və onun öz
kuki qaydaları tətbiq olunur.
5. İdarə etmək
Brauzerin parametrlərindən kukiləri silə və ya bloklaya bilərsiniz.
Zəruri kukiləri bloklasanız, sifariş vermək mümkün olmayacaq.
6. Əlaqə
Suallar üçün dəstək xidməti ilə əlaqə saxlayın.