İstifadə şərtləri
- Versiya
- 1.0
- Qüvvəyə minmə tarixi
- 10 oktyabr 2026
MotoKuryer 2021-ci ildən fəaliyyət göstərir.
1. Ümumi müddəalar
MotoKuryer platforması müştəri ilə tərəfdaş obyekt (restoran, market,
aptek) arasında sifariş və çatdırılma xidmətini təşkil edir. Sifariş
verməklə istifadəçi bu şərtləri qəbul edir.
2. Sifariş
Sifarişin qiyməti sifariş təsdiqlənən anda hesablanır və sonradan
dəyişmir. Çatdırılma haqqı məsafəyə və zonaya görə hesablanır.
Menyuda göstərilən qiymətlərə ƏDV (18%) daxildir.
3. Ləğvetmə
Müştəri sifarişi tərəfdaş obyekt qəbul edənə qədər ləğv edə bilər.
Obyekt sifarişi hazır statusuna qədər səbəb göstərməklə ləğv edə bilər.
Kuryer sifarişi götürdükdən sonra ləğvetmə mümkün deyil.
4. Ödəniş
Ödəniş kart, Apple Pay, Google Pay, balans və ya çatdırılma anında nağd
şəkildə həyata keçirilir. Nağd ödənişin yuxarı həddi tətbiq olunur.
5. Məsuliyyət
Yeməyin tərkibi, hazırlanma keyfiyyəti və çəkisi üçün tərəfdaş obyekt,
çatdırılma müddəti və malın zədəsiz çatdırılması üçün platforma
məsuliyyət daşıyır.
6. Əlaqə
Suallar üçün dəstək xidməti ilə əlaqə saxlayın.